Şəkidə atdan yıxılan 23 yaşlı oğlan ağır xəsarət alıb

Şəkidə atdan yıxılan 23 yaşlı oğlan ağır xəsarət alıb
# 11 yanvar 2017 15:14 (UTC +04:00)

Şəki sakini atdan yıxılıb.

Şəki Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Kiçik Dəhnə kənd sakini, 1994-cü il təvəllüdlü Vahab Elşad oğlu Salamov qapalı kəllə-beyin travması və sol təpə nahiyəsinin cırılmış yarası ilə xəstəxanaya daxil olub. 23 yaşlı V. Salamov yaşadığı kəndin yaxınlığındakı meşə zolağında atdan yıxılaraq xəsarət aldığını bildirib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən V. Salamovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR