Qubada 8 yaşlı uşağı avtomobil vurub

Qubada 8 yaşlı uşağı avtomobil vurub
# 11 yanvar 2017 16:44 (UTC +04:00)

Bu gün Quba rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza rayonun Timiryazev kəndi ərazisində olub.

2009-cu il təvəllüdlü Yusifov Aydın Ramin oğlunu maşın vurub. Kəllə-beyin travması alan azyaşlı Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR