Lənkəranda “Ölüm səsi” adlı qısametrajlı film təqdim edilib

Lənkəranda “Ölüm səsi” adlı qısametrajlı film təqdim edilib
# 12 yanvar 2017 02:57 (UTC +04:00)

Lənkəranda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər fondunun dəstəyi ilə “Ölüm səsi” qısametrajlı filmi təqdim edilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, layihənin əsas məqsədi intihar hallarının qarşısını almaq, gəncləri bu kimi cəhdlərə təhrik edən amilləri aşkara çıxarmaqdır.

Lənkəran Dövlət Dram teatrının rejissoru Tərlan Abdullayevin ərsəyə gətirdiyi film depressiyada olan gənc qadının hər şeydən ümidini üzüb, son çıxış yolu kimi intiharı seçməsindən bəhs edir. Amma qadın bütün bu hadisələrin fonunda intiharın bir addımlığından dönür.

Qeyd edək ki, Lənkəran Dövlət Dram Teatrının aktrisası Gülər Kərimlinin rol aldığı filmin Masallı və Astara rayonlarında da təqdimatı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR