Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb

Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
# 12 yanvar 2017 06:55 (UTC +04:00)

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, nəticədə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilmiş 50 min Rusiya rublu əvəzinə 500 min rubl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR