BANM-də layihə iştirakçıları mükafatlandırılıb

BANM-də layihə iştirakçıları mükafatlandırılıb
# 12 yanvar 2017 07:42 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilmiş "Kvant fizikası gənc alimlərin təqdimatında" adlı layihənin bağlanış-mükafatlandırma mərasimi keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, tədbirdə rektor Elmar Qasımov, ümumi işlər üzrə prorektor Rəşad Həsənov, professor Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabbarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov fəxri qonaq qismində iştirak etdilər.

Elmar Qasımov Gənclər Fondunun maliyyə dəstəyilə Ali Məktəbin tələbə və əməkdaşlarının bir sıra layihələrinin həyata keçirildiyini bildirib. Rektor BANM-in əməkdaş və tələbələrinin 2016-cı ildə 8 layihəsinin Fondun müsabiqəsindən keçdiyini deyib.

Layihənin rəhbəri, BANM-in Tələbələrlə iş şöbəsinin rəisi və BANM HİK sədri Həbibə Sadıqlı layihə haqqında məlumat verib. O bildirib ki, gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə layihə 2016-cı ilin noyabr ayının 27-dən başlayaraq hər həftənin bazar günü olmaqla 5 həftə davam edib. Bütün təlimlər Bakı Ali Neft Məktəbində həyata keçirilib. Layihənin təşkilat komitəsi BANM-in tələbələrindən ibarət olub.

Sonda fəallığı ilə fərqlənən layihə iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR