“Deloitte” Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə həsr olunmuş konfrans keçirib

“Deloitte” Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə həsr olunmuş konfrans keçirib
# 12 yanvar 2017 10:14 (UTC +04:00)

"Deloitte” şirkəti Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə həsr olunmuş konfrans keçirib.

APA-Economics”in məlumatına görə, konfransda Vergilər Nazirliyi tərəfindən Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva və Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fəti-Zadə iştirak edib.

“Deloitte” şirkəti tərəfdən idarəedici partnyor Nuran Kərimov və Vergi və Hüquq departamentində direktor Emil Qarayev Vergi Məcəlləsinə son dəyişikliklərə dair təqdimatla çıxış edib

.

Konfransda neft-qaz, ticarət, ictimai iaşə, bank-sığorta, tikinti, nəqliyyat, rabitə və digər müxtəlif sahələri təmsil edən 100-dən artıq nümayəndə iştirak edib. Tədbir zamanı natiqlər konfrans iştirakçılarının suallarını interaktiv formada cavablandırmaqla yanaşı, edilmiş dəyişikliklər ilə qarşıya qoyulan məqsədlər, hökumətin bu dəyişikliklərin tətbiqi ilə bağlı gözləntiləri və təcrübi yanaşması ilə bağlı fikir mübadiləsi aparılıb.

“Deloitte bizim regionda biznes icması ilə hökumət arasında effektiv əməkdaşlıq aparmaq üçün platforma yaratmaq məqsədini güdür. Mən əminəm ki, bu qəbildən olan tədbirlər Azərbaycanda vergi orqanları və vergi ödəyiciləri arasında açıq dialoqun inkişafına təkan verir”, - deyə Deloitte Azərbaycanın idarəedici partnyor Nuran Kərimov bildirib.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, təmsil etdiyi qurum biznes mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir: “Vergi mühitinin liberallaşdırılması, vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi həyata keçirilən vergi islahatlarının tərkib hissəsi olub və bundan sonra da ölkədə işgüzar mühitin cəlbediciliyinin artırılmasına və sahibkarlığın inkişafına xidmət edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR