Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyonu keçib

Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyonu keçib
# 12 yanvar 2017 10:32 (UTC +04:00)

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini ötən ildə də davam etdirib.


"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, 2016-cı il ərzində İB-də əhali sektoru üzrə 171 707 yeni abonent qeydiyyata alınıb ki, bunun da 40 817-si Bakı, Abşeron və Sumqayıt, 130 890-ı isə regionlar üzrədir.


Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 004 857-yə çatıb.

Qeyd edək ki, 01 yanvar 2017-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 134 659 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub və qeyri-əhali sektoru üzrə 406 məscid və dini məbədə təbii qazdan istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR