“Qalatasaray” 22 yaşlı futbolçu ilə müqavilə bağlayır

“Qalatasaray”  22 yaşlı futbolçu ilə müqavilə bağlayır
# 12 yanvar 2017 11:21 (UTC +04:00)

“Qalatasaray” qış fasiləsində ikinci transferini reallaşdırıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” “Gənclərbirliyi”nin müdafiəçisi Ahmet Çalıkı heyətinə cəlb edib.

Klublar arasında aparılan uzun danışıqlar öz bəhrəsini verib. “Gənclərbirliyi”nin prezidenti İlhan Cavcav əvvəlcə 5 milyon avro tələb etsə də, sonda bu keçidin 2,5 milyon avroya baş tutmasına razılıq verib. Türkiyə millisinin 22 yaşlı oyunçusunun bu gün və ya sabah rəsmən “Qalatasaray”ın futbolçusu kimi təqdim olunması gözlənilir.

Qeyd edək ki, “Gənclərbirliyi”nin yetirməsi olan Ahmet Çalık 2011-ci ildən peşəkar futbolçu kimi bu klubun formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR