DBNX əhaliyə və təsərrüfat sahiblərinə müraciət edib

DBNX əhaliyə və təsərrüfat sahiblərinə müraciət edib
# 13 yanvar 2017 08:40 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) əhaliyə və təsərrüfat sahiblərinə müraciət edib.

DBNX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciət bildirilib ki, heyvanlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır.

Heyvanların müalicə-profilaktik və epizootik tədbirlərdən kənar qalmaması üçün sahə baytarlıq məntəqələri və baytarlıq idarələrinə müraciət etmələri, bütün tədbirlərin baytar həkiminin iştirakı və nəzarəti altında həyata keçirilməsi tövsiyə olunub.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilmiş “Epizootik tədbirlər planı”na uyğun olaraq 2017-ci ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına da start verilib: “Bu günlərdə ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında “Nyukasl” xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə serioliji müayinələrin aparılmasına başlanılıb. Abşeron, Ağdam, Ağstafa, Şəki rayonları və Bakı şəhərinin atçılıq təsərrüfatları üçün atların manqo, qrip, rinopnevmoniya xəstəliklərinə qarşı diaqnostiki və profilaktiki tədbirlər keçirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR