Bərdədə şəhid olan Ziya Həsənovun xatirəsinə həsr olunmuş kikboksiniq turniri keçirilib - FOTOSESSİYA

Bərdədə şəhid olan Ziya Həsənovun xatirəsinə həsr olunmuş kikboksiniq turniri keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 yanvar 2017 12:49 (UTC +04:00)

Bərdədə kikboksiniq üzrə turnir keçirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə aprel döyüşlərində torpaqların bütövlüyü uğrunda şəhid olan Ziya Həsənovun xatirəsinə təşkil olunan yarışda 8 rayondan 13 komanda iştirak edib.

Rinqdə 6-19 yaşlarında 150 idmançı birincilik uğrunda mübarizə aparıb.

Əməkdar idman ustası Elnur Salamov APA-ya açıqlamasında bildirib ki, qaliblər fevral, mart və aprel aylarında aylarında keçiriləcək respublika çempionatında iştirak etmək üçün vəsiqə qazanacaqlar.

Şəhid Ziya Həsənovun atası Niyazi Həsənov APA-ya açıqlamasında bildirib ki, oğlu Ziya da idmanın kikboksinq növü ilə məşğul olub: “Belə yarışların təşkil olunması gənclərin pis vərdişlərdən uzaq və sağlam böyüməsinə səbəb olur. Mən idmançılara baxanda həm qürur keçirdim ki, Ziya boş yerə şəhid olmayıb, bu idmançılar onun qanın yerdə qoymayacaq. Həm də düşünürəm ki, onlar bizim bayrağımızı xarici ölkələrdə böyük çempionatlarda yüksəklərə qaldıracaq.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR