Gülüstan tarix-mədəniyyət qoruğu ləğv edilib

Gülüstan tarix-mədəniyyət qoruğu ləğv edilib
# 17 yanvar 2017 07:43 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən Gülüstan tarix-mədəniyyət qoruğu ləğv edilib.

APA-nın məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “Naxçıvan MSSR-nin Culfa rayonunda yerləşən Gülüstan tarix-mədəniyyət qoruğu haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 3 oktyabr tarixli 464 nömrəli qərarının və “Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 3 oktyabr tarixli 464 nömrəli qərarına əsasən təsdiq olunmuş “Naxçıvan MSSR-nin Culfa rayonunda yerləşən Gülüstan tarix-mədəniyyət qoruğu haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 328 nömrəli qərarının ləğv edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Nazirlər Kabinetinin 2006-cı il 14 iyun tarixli 147 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul edib.

Qeyd edək ki, Gülüstan tarix-mədəniyyət qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-də Gülüstan türbəsi ərazisinin tarix-mədəniyyət qoruğu elan edilməsi haqqında” 1990-cı il 30 iyun tarixli, 294 nömrəli qərarına əsasən yaradılıb. Qoruq qədim Cuqa şəhərciyinin tarixən yaranmış ərazisini, mənzərəsini və təbiətini, Gülüstan türbəsinin fərdi simasını qoruyub saxlamaq və bərpa etmək məqsədilə xüsusi mühafizə və istifadə üsulu zonası kimi yaradılıb. Qoruğa ətraf ərazi ilə yanaşı, Gülüstan türbəsi ilə birlikdə qədim Cuqa şəhərciyinin tarixən yaranmış sahəsi daxil olub. Culfa rayonunun Gülüstan tarix-mədəniyyət qoruğunun bütün ərazisi kənd təsərrüfatı və ya hansı digər təsərrüfat üçün istifadədən alınıb qoruğun istifadəsinə verilib. Qoruğun ərazisi qoruq müdiriyyətinin nəzarəti altında, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR