Azərbaycan taekvondo yığmaları Türkiyəyə yollanır

Azərbaycan taekvondo yığmaları Türkiyəyə yollanır
# 23 yanvar 2017 09:42 (UTC +04:00)

Qadın və kişi taekvondoçulardan ibarət Azərbaycan millilərinin heyətinə yeni adlar daxil edilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan çempionatının nəticəsinə əsasən ölkənin perspektivli idmançıları təlim-məşq toplanışında bir daha yoxlanacaq.

Belə ki, Türkiyə səfəri öncəsi baş məşqçi Reza Mehmandost Qaşım Maqomedov, Vüqar Abdullayev (hər ikisi 54 kq), Fizam Mehtiyev, Əli Məmmədov (hər ikisi 58 kq), Məmmədalı Quliyev (63 kq), Əliəskər Əliyev (68 kq), Elvin Məmmədov (74 kq), Vladislav Subbotin (80 kq), Bayraməli Vəliyev (87 kq) və Ceyhun Həsənlini (+87 kq) sınayacaq.

Qadınlardan ibarət komandamıza yeni baş məşqçi təyin olunan Elnur Amanov isə Nərminə Məmmədova (46 kq), Paniz Esmaeilpour (49 kq), Patimat Abakarova (53 kq), Gülhanım Yeşildal (53 kq), Yaprak Eriş (57 kq), Darya Şkurko (62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeyeva (73 kq) və Elvarə Cəlilovanı (+73 kq) hazırlıqlara dəvət edib.

Təlim-məşq toplanışına bu gündən start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR