"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi hazırlanır

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi hazırlanır
# 25 yanvar 2017 09:00 (UTC +04:00)

Azərbaycanda "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" yeni qanun hazırlanır. "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında komitə sədri Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatının sığortalanması ilə bağlı qanun qəbul olunsa da, həmin qanun müasir zamanın tələblərinə cavab vermədiyindən yeni qanunun hazırlanmasına ehtiyac yaranıb.

"Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə Milli Məclisin Aqrar siyasət komitəsinin işçi qrupu qanun üzərində işləyir. Qanunun may ayı ərzində hazır olacağı gözlənilir", - deyə E. İbrahimov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR