Məşhur Hollivud aktrisası vəfat edib

Məşhur Hollivud aktrisası vəfat edib
# 25 yanvar 2017 21:37 (UTC +04:00)

Hollivudun tanınmış kino aktrisası Meri Tayler Mur 80 yaşında dünyasını dəyişib.

APA-nın xəbərinə görə, bu barədə " TMZ" portalı məlumat verib.

Meri Tayler Murun öz evində vəfat etdiyi bildirilir. Onun ölümünün səbəbi hələ ki, açıqlanmır. 2011-ci ildə aktrisa beyin əməliyyatı keçirmişdi.

Meri Tayler Mur dəfələrlə nüfuzlu “Emmi” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb. 1992-ci ildə aktrisanın adı “Hollivud Məşhurlar Xiyabanı”nda həkk olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR