"APA Holding" əməkdaşının filmi beynəlxalq festivala dəvət alıb

"APA Holding" əməkdaşının filmi beynəlxalq festivala dəvət alıb
# 30 yanvar 2017 14:11 (UTC +04:00)

“Rast” filmi İsveçrənin Lozanna şəhərində keçiriləcək film festivalına dəvət alıb.

APA-nın məlumatına görə, Səbuhi Məmmədlinin ssenari müəllifi olduğu ekran əsəri “Ouchy film awards” adlanan film festivalında “Ən yaxşı sənədli film” nominasiyasında yarışacaq.

Rejissoru Nihad İsa olan “Rast” filmi Azərbaycan mədəniyyəti və ədəbiyyatından bəhs edir. Filmin operatoru İtaliyanın tanınmış kino ustalarından olan Françesko Feyidir.

Qeyd edək ki, Səbuhi Məmmədli “APA Holding”ə daxil olan Lent.az İnformasiya Agentliyinin redaktorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR