Sahibkarlar Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fəaliyyətindən narazıdır

Sahibkarlar Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fəaliyyətindən narazıdır
# 30 yanvar 2017 14:11 (UTC +04:00)

İxrac-idxal əməliyyatları ilə məşğul olan sahibkarlar Kənd Təsərrüfatı Nazirliyi Dövlət Fitosanitar Nəzarəti Xidmətinin fəaliyyətindən narazıdır. "APA-Economics" xəbər verir ki, sahibkarlar bu problemi "APA-Economics" xəbər verir ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı"nın icrasının 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda kənd təsərrüfatı naziri Heydər Əsədova ünvanlayıb.

"Cümə günü saat 17:00-dan sonra artıq Dövlət Fitosanitar Nəzarəti Xidmətinin işçiləri bildirirlər ki, sertifikat verilə bilməz. Şənbə günü yığılan və 50 dərəcə istidə qalan məhsula gələn həftənin bazar ertəsi sertifikat alanda artıq məhsulun 30%-i tələf olmuş olur. Xahişim budur ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları məhsul mövsümündə şənbə və bazar günləri də çalışsınlar və biz problemlərlə üzləşməyək", - deyə adını çəkməyən sahibkarlardan biri qeyd edib.

Məsələyə kənd təsərrüfatı naziri münasibət bildirməyib.

Əvəzində iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, qeyd edilən iradlar nəzərə alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR