Səmərqənddə azərbaycanlı heykəltəraşın xatirə lövhəsinin açılışı olacaq

Səmərqənddə azərbaycanlı heykəltəraşın xatirə lövhəsinin açılışı olacaq
# 31 yanvar 2017 13:42 (UTC +04:00)

Azərbaycanlı heykəltəraş Eynulla Əliyevin Səmərqənddə yaşadığı binanın üzərinə xatirə lövhəsi vurulacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xatirə lövhəsi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan diaspor təşkilatı olan Milli Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gəlib.

E. Əliyev 1969-1986-cı illərdə Özbəkistanın Səmərqənd Vilayət Rəssamlıq Akademiyasının sədri vəzifəsində çalışıb. O, Özbəkistanda Xamzı Hakimzadə Niyazi Dövlət mükafatı laureatı olub. E. Əliyev tanınmış özbək şairi Əlişer Nəvainin 550 illik yubileyi münasibəti ilə Daşkənddə ucaldılmış heykəlinin müəllifidir, habelə Özbəkistanın Katta Kurqan şəhəri, Səmərqənd vilayətinin Akdarı və Payarı rayonlarındakı Nəvai heykəllərinin müəllifidir.

Onun əsərləri Özbəkistan Dövlət İncəsənət Muzeyində, Moskvadakı Tretyakov Qalereyasında saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR