“İçəri Şəhər” filmi Hindistanın Kozhikode Beynəlxalq Film Festivalına dəvət alıb

“İçəri Şəhər” filmi Hindistanın Kozhikode Beynəlxalq Film Festivalına dəvət alıb
# 02 fevral 2017 10:46 (UTC +04:00)

“İçəri Şəhər” bədii filmi Hindistanın 3-cü Kozhikode Beynəlxalq Film Festivalına dəvət alıb.

C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, 10-16 fevralda Kerala ştatının Kozhikode şəhərində keçiriləcək festivalda Azərbaycanla yanaşı, Çin, İran, Böyük Britaniya, Polşa, Şri-Lanka, Cənubi Afrika, Əlcəzair və Argentina ölkələrinin istehsalı olan filmlər nümayiş etdiriləcək.

Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

Psixoloji dram janrında lentə alınan ekran əsərinin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR