Ağcabədidən Bakıya gətirilən yararsız heyvan cəmdəkləri zərərsizləşdiriləcək

Ağcabədidən Bakıya gətirilən yararsız heyvan cəmdəkləri zərərsizləşdiriləcək
# 02 fevral 2017 14:00 (UTC +04:00)

Ağcabədi rayonundan Bakıya satış məqsədi ilə gətirilən, mənşəyi məlum olmayan qida üçün yararsız heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib.

Bu barədə APA-ya Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinələrin nəticəsinə əsasən hər 4 heyvan cəmdəyindən götürülən ət nümunələrində bakterioloji çirklənmə (BÇQB, s.aureus, s.typfimurium) aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən isə hər 4 heyvanın aqoniya vəziyyətində kəsilməsi və ya ölmüş heyvanların ətinin (leş əti) olması, bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticəsi nəzərə alınaraq Ağcabədi rayonunun Xocavənd kənd sakinin Niyazov Sultan Niyaz oğluna məxsus "Mercedes" markalı 04-BL-161 dövlət nömrə nişanlı minik avtomobilində aşkarlanan heyvan cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilərək müvafiq tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR