Azərbaycanda məscidlərin veb xəritəsi və məlumat bazası hazırlanıb

Azərbaycanda məscidlərin veb xəritəsi və məlumat bazası hazırlanıb
# 07 fevral 2017 08:23 (UTC +04:00)

GoMAP şirkəti Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytı üçün məscidlərin xəritəsini, o cümlədən məlumat bazasını hazırlayıb.

APA-nın məlumatına görə, bununla bağlı bu gün QMİ-də təqdimat keçirilib.


Sözügedən məlumat bazasında və xəritədə ölkədə rəsmi qeydiyyatda olan və hazırda fəaliyyət göstərən məscidlərin dəqiq ünvanları yer alıb. İnteraktiv xəritəni açmaq üçün QMİ-nin rəsmi internet saytının (Qafqazislam.com) “Məscidlər” bölməsinə daxil olmaq lazımdır. Xəritədən istifadə etməklə, istənilən məscidə tərəf hərəkət edən marşrut nömrələrini, habelə yaxınlıqdakı ictimai nəqliyyat dayanacaqları haqda məlumat əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR