ƏMDK bugünkü hərracın nəticələrini açıqlayıb

ƏMDK bugünkü hərracın nəticələrini açıqlayıb
# 07 fevral 2017 09:45 (UTC +04:00)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi məqsədilə növbəti hərrac keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, keçirilən hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrində 3-ü müvafiq olaraq paytaxtın Xətai, Xəzər və Qaradağ rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Xətai rayonunda yerləşən "Araz" kafesi olub. Belə ki, adıçəkilən əmlak 120 min manata özəlləşdirilib.

Regionlarda özəlləşdirilən əmlaklar Şəki şəhəri və Daşkəsən rayonunda yerləşən kiçik dövlət müəssisə və obyektləridir.

Hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR