Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Mətbuat Şurasında olub
# 07 fevral 2017 10:57 (UTC +04:00)

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım Mətbuat Şurasında (MŞ) olub. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Yunus Əmrə İnstitutu ortaq türk dəyərlərinin yaşadılması istiqamətində fəaliyyəti ilə seçilən qurumlardandır.

O qeyd edib ki, Mətbuat Şurası Yunus Əmrə İnstitutu ilə əməkdaşlıqda maraqlıdır.

Bakı Yunus Əmrə İnstitutunun müdiri İbrahim Yıldırım deyib ki, Yunus Əmrə Fondunun vəqfi kimi fəaliyyət göstərən Bakı Yunus Əmrə İnstitutu fəaliiyət göstərdiyi müddət ərzində türk dili və mədəniyyətinin təbliği istiqamətində layihələr və təşəbbüslər reallaşdırıb. İ. Yıldırım onu da diqqətə çatdırıb ki, institut media ilə qarşılıqlı əlaqələrə böyük önəm verir və Mətbuat Şurası ilə təmasların da bu baxımdan əhəmiyyətli olacağına inanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR