İspaniya kubokunun ikinci finalçısı məlum olub

İspaniya kubokunun ikinci finalçısı məlum olub
# 08 fevral 2017 23:38 (UTC +04:00)

İspaniya Kral Kubokunda yarımfinalın daha bir cavab oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, “Alaves” “Selta” ilə qarşılaşıb.

Viqoda keçirilən ilk oyunda tərəflər qolsuz bərabərliyə razılaşmışdılar. Cavab görüşündə isə meydan sahibləri qələbə qazanıb.

“Alaves” minimal hesablı qalibiyyət nəticəsində “Barselona”ya rəqib olub.

İspaniya Kral Kuboku

Yarımfinal, cavab oyunu

“Alaves” – “Selta” – 1:0 (ilk oyun: 0:0)

Qol: Mendez, 82

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR