Çempionlar Liqası: “Azərreyl” Fransa çempionunu məğlub edib

<span style="color: red;">Çempionlar Liqası:  “Azərreyl” Fransa çempionunu məğlub edib
# 09 fevral 2017 17:56 (UTC +04:00)

Bu gün “Azərreyl” Çempionlar Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Bakıda Fransa çempionu “Sen-Rafael”i qəbul ediblər.

Qarşılaşmada aşkar favorit olan Famil Ağayevin yetirmələri rahat qələbə qazanıblar. Səfərdə 3:1 hesabı ilə qalib gələn Azərbaycan çempionunu doğma divarlar arasında rəqibinə şans verməyib.

Hazırda yaxşı formada olan “Azərreyl” hər üç setdə inamlı qələbə qazanaraq matçı quru hesablı qələbə başa vurub.

Çempionlar Liqası

C qrupu

III tur

9 fevral

“Azərreyl” (Azərbaycan) - “Sen-Rafael” (Fransa) - 3:0 (25:20, 25:11, 25:11)

Hakimlər: Kristian Volf (İsveçrə), İqor Porvaznik (Slovakiya)

Bakı. “Azərreyl” Voleybol Mərkəzi

1.

Fənərbaxça (Türkiyə)

4

4

0

12-1

323-243

12

2.

Azərreyl (Azərbaycan)

4

3

1

6-5

301-293

9

3.

Dabrova Qornitsa (Polşa)

4

1

3

5-10

329-346

3

4.

Sen-Rafael (Fransa)

4

0

4

2-12

267-338

0

Qeyd edək ki, “Azərreyl”lə “Sen-Rafael” oyunlarının yerini dəyişib. Bu səbəbdən də onlar öncə IV turun səfərə oyununu keçirib, indi isə III turun ev qarşılaşmasına çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR