Sabirabadda mənşəyi bilinməyən 600 kq ət aşkarlanıb

Sabirabadda mənşəyi bilinməyən 600 kq ət aşkarlanıb
# 10 fevral 2017 09:26 (UTC +04:00)

Sabirabadda mənşəyi bilinməyən ət aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, fevralın 9-da DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru, Sabirabad Rayon Polis Şöbəsi və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Xəlfəli kənd sakini Əlifxan Şahverdiyevin həyətinə baxış zamanı ümumi çəkisi 600 kiloqram olan, mənşəyi bilinməyən ət aşkar edilərək götürülüb.

Aşkarlanmış ətdən götürülən nümunə ekspertizadan keçirilməsi üçün DBNX-nın laboratoriyasına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR