Aydın Dadaşovun “Dünya kinosu örnəklər kontekstində” kitabı işıq üzü görüb

Aydın Dadaşovun “Dünya kinosu örnəklər kontekstində” kitabı işıq üzü görüb
# 10 fevral 2017 12:33 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Dünya kinosu örnəklər kontekstində” monoqrafiyası işıq üzü görüb.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, əməkdar incəsənət xadimi, professor Aydın Dadaşovun qələmə aldığı monoqrafiya dünya kinosunun 120 illiyinə ithaf olunub. Nəşr Azərbaycan dilində bu mövzuda yazılmış ilk kitabdır.

Kitabda dünya kinematoqrafiyasının keçdiyi yol, ekran sənətinin tərəqqisinə təkan verən ən dəyərli filmlər mövcud nəzəri əsaslarla təhlil edilir, mövzu, struktur, üslub və janr problemləri istiqamətində araşdırmalar aparılır.

“Şərq-Qərb” nəşriyyatında çap edilmiş monoqrafiya Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Qeyd edək ki, bundan öncə A.Dadaşovun “Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr” monoqrafiyası oxucuların ixtiyarına verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR