Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək

Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək
# 13 fevral 2017 13:49 (UTC +04:00)

Bakıda V Beynəlxalq Azərbaycan xalçası simpoziumu keçiriləcək.

APA-nın məlumatına görə, oktyabrın 17-dən 20-dək keçiriləcək sipozium Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin birgə iştirakı ilə, prezidentin “V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində keçirilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq təşkil ediləcək.

Beynəlxalq tədbirlə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi ilə İCOC və “Hali” jurnalı arasında niyyət protokolu imzalanıb və jurnal tədbirin rəsmi media tərəfdaşı olub. Simpozium çərçivəsində 8 günlük Bakı-Tbilisi marşrutu üzrə “Hali Carpet Tour” adlı tur-paketin keçirilməsi nəzərdə tutulur.

Beynəlxalq tədbir çərçivəsində sərgilərin, elmi sessiyaların və mədəni proqramların təşkili də planlaşdırılır.

Qeyd edək ki, simpoziumun beynəlxalq tərəfdaşı kimi İCOC təşkilatı iştirak edir. Təşkilat 35 ildən çoxdur ki, Şərq xalçalarının Qərb ölkələrində təbliği və öyrənilməsi ilə məşğuldur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR