Maykl Onil: “Bu oyun Azərbaycanla matçdan öncə komandanı daha da stimullaşdıracaq”

Maykl Onil: “Bu oyun Azərbaycanla matçdan öncə komandanı daha da stimullaşdıracaq”
# 14 fevral 2017 07:56 (UTC +04:00)

“Azərbaycanla oyuna hazırlıq prosesi iki mərhələdən ibarət olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

2018-ci il dünya çempionatının seçmə mərhələsində yığmamızın rəqibi olan Britaniya təmsilçisi iyunun 2-də Yeni Zelandiya ilə yoldaşlıq matçı keçirəcək. Bundan 8 gün sonra isə Şimali İrlandiya Bakıda millimizin qonağı olacaq.

Britaniya mətbuatına açıqlama verən Onil Azərbaycanla oyundan öncə Yeni Zelandiya ilə matçın komandaya faydalı olacağını bildirib: “Azərbaycanla görüşdən öncə evdə yoldaşlıq oyunu keçirməyimizi istəmişdim. Yeni Zelandiya ilə qarşılaşma bizim üçün münasib vaxtda olacaq. Həmin görüşlə Azərbaycanla oyun arasındakı müddət az deyil. Bu isə futbolçuları əvvəlki tempdə saxlamağımıza kömək edəcək”.

Onilin sözlərinə görə, Azərbaycanla matç ərəfəsində yoldaşlıq görüşü keçirmək futbolçuların motivasiyasını artıracaq: “Futbolçularımızın iyunda yoldaşlıq matçı keçirməklərinə ehtiyac var idi. Çünki bəzilərinin çıxış etdikləri klublar üçün mövsüm aprelin sonunda başa çatacaq. Bundan düzgün, əsaslı istifadə edəcəyik. Yeni Zelandiya ilə oyunda mümkün qədər çox futbolçunu meydana buraxacağam. Azərbaycanla matçdan öncə yoldaşlıq görüşü keçirmək komandanı daha da stimullaşdıracaq. Bu həm fiziki hazırlıq, həm də psixoloji baxımdan bizim üçün faydalı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR