“Qalatasaray”ın yeni baş məşqçisi məlum olub

“Qalatasaray”ın yeni baş məşqçisi məlum olub
# 14 fevral 2017 12:20 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” futbol komandasının yeni baş məşqçisinin adı məlum olub.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, “Qalatasaray”ın Super Liqanın son turunda öz meydanında “Kayserispor”a uduzmasından sonra klub rəhbərliyi hollandiyalı baş məşqçi Yan Olde Riekerinkin vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul edib.

Qərardan dərhal sonra yeni məşqçi axtarışına başlayan rəhbərlik “Karabükspor”un xorvatiyalı baş məşqçisi İqor Tudorun namizədliyi üzərində dayanıb. İ. Tudorun meneceri ilə aparılan danışıqlar zamanı razılıq əldə edilib. “Qalatasaray”ın İ. Tudor ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, hələlik klub rəhbərliyi baş məşqçi dəyişikliyi barədə rəsmi açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR