Meşələrin bərpası məqsədi ilə torpaqların icarəyə verilmə müddəti 5 dəfə artırılıb

Meşələrin bərpası məqsədi ilə torpaqların icarəyə verilmə müddəti 5 dəfə artırılıb
# 14 fevral 2017 13:11 (UTC +04:00)

Azərbaycanda meşələrin bərpası məqsədi ilə torpaqların icarəyə verilmə müddəti 5 dəfəyədək artırılıb.

APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında Meşə Məcəlləsinin 22-ci maddəsinə dəyişiklik müzakirə edilib.

Dəyişikliyə əsasən, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədi ilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) müqavilə əsasında müvafiq icra hakimiyyəti tərəfindən 1 ildən 49 ilədək icarəyə verilə biləcək. Hazırda isə bu müddət 1 ildən 10 ilə qədərdir.

Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR