Azərbaycan dünyanın 20 ən təhlükəsiz ölkəsi sırasına daxil edilib

Azərbaycan dünyanın 20 ən təhlükəsiz ölkəsi sırasına daxil edilib
# 14 fevral 2017 23:57 (UTC +04:00)

Azərbaycan cinayətkarlıq səviyyəsinin göstəricisinə görə dünyanın 20 ən təhlükəsiz ölkəsi sırasındadır.

APA-nın “kavkasia.net”-ə istinadən verdiyi xəbərə görə, reytinq ölkələr və şəhərlər barədə dünyanın ən böyük statistik məlumat bazasına malik “Numbeo” resursu tərəfindən hazırlanıb.

Resursun 125 ölkədə apardığı araşdırmanın nəticələrinə əsasən, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri siyahısında 18 yerdə qərarlaşıb. İlk onluqda Qətər, Sinqapur, Avstriya, BƏƏ, Honqkonq, Gürcüstan, Yaponiya, Danimarka və Belarus yer alıb.

Venesuela, Honduras, Cənubi Sudan, Cənubi Afrika, Nigeriya, Braziliya və Salvador ən kriminal ölkələr sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR