Konqoda hərbçilər bir həftədə 100 nəfəri öldürüblər

Konqoda hərbçilər bir həftədə 100 nəfəri öldürüblər
# 15 fevral 2017 07:12 (UTC +04:00)

Konqo Demokratik Respublikasında (KDR) hərbçilər son beş gündə ən az 100 mülki şəxsi öldürüblər.

APA-nın BMT-nin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu BMT-nin insan haqları üzrə Ali Komissarının İdarəsinin mətbuat katibi Liz Trossel deyib. Mətbuat katibi bildirib ki, fevralın 9-13-də KDR ordusu ilə Kamvina Nsalu qəbiləsi üzvləri arasında baş verib. Nəticədə 39-u qadın olmaqla, 100 nəfər öldürülüb. L. Trosselin sözlərinə görə, konqolu hərbçilər nizə və bıçaqla silahlanan qəbilə üzvlərinə atəş açıb. Ölənlərin sayının artacağı istisna olunmur.

BMT Konqo hökumətini zorakılıq aktlarını və insan haqların pozulması faktlarını dayandırmağa çağırıb, hadisələrlə bağlı cinayət işinin istintaqının obyektiv aparılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR