Milli komandamız Avropa Kubokuna 16 cüdoçu ilə yollanır

Milli komandamız Avropa Kubokuna 16 cüdoçu ilə yollanır
# 16 fevral 2017 06:48 (UTC +04:00)

Fevralın 18-də İtaliyanın paytaxtı Romada kişi cüdoçular arasında açıq Avropa Kuboku start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək.

Məşqçilər korpusu Romada 16 idmançını sınayacaq. Bunlar Mehman Sadıqov, Oruc Vəlizadə, Sahib Əsgərov (hər üçü 60 kq), İlkin Babazadə, Telman Vəliyev, İlqar Müşkiyev, Emil Həsənov (hamısı 66 kq), Zülfüqar Quliyev, Elvin Mustafayev (hər ikisi 73 kq), Afiq Səfərli, Rüfət İsmayılov, Ziya Namazov (hər üçü 81 kq), Tural Səfquliyev, Abdulhəqq Rəsullu (hər ikisi 90 kq), Sənan Əhmədov və Kənan Abdullaxanlıdı (hər ikisi 100 kq).

Yarışa ümumilikdə 37 ölkədən 275 cüdoçu qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR