Şahin Mustafayev İranın Ərdəbil və Urmiya şəhərlərinə səfər edəcək

Şahin Mustafayev İranın Ərdəbil və Urmiya şəhərlərinə səfər edəcək
# 16 fevral 2017 11:09 (UTC +04:00)

Fevralın 22-24-də Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə biznes nümayəndə heyətinin İranın Ərdəbil və Urmiya şəhərlərinə işgüzar səfəri planlaşdırılır.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində Ərdəbil və Urmiya şəhərlərində İran iş adamları ilə biznes əlaqələrinin genişləndirilməsi məqsədilə biznes forumun və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

İrana səfərdə iştirak etməkdə maraqlı olan sahibkarlar Azpromo-ya müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR