Keçmiş həyat yoldaşını yandıran şəxsə hökm oxunub

Keçmiş həyat yoldaşını yandıran şəxsə hökm oxunub
# 17 fevral 2017 14:24 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını yandıran Ceyhun Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə C. Zeynalov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin oktyabrında paytaxtın Mərdəkan qəsəbəsində qəsəbə sakini C. Zeynalov qısqanclıq zəminində keçmiş həyat yoldaşı Arzu Zeynalovanın üstünə benzin tökərək od vurub. Hadisə yerində olan şəxslərin köməkliyi ilə A. Zeynalova təcilli xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR