UEFA Türkiyə klubunu avrokuboklardan kənarlaşdırıb

UEFA Türkiyə klubunu avrokuboklardan kənarlaşdırıb
# 17 fevral 2017 14:44 (UTC +04:00)

Türkiyə klubu “Karabükspor” UEFA tərəfindən sərt cəzaya məruz qalıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, qitə futbol qurumu Superliqa təmsilçisini avrokuboklardan diskvalifikasiya edib.

Buna səbəb karabüklülərin Maliyyə Feyr-Pleyinin tələblərinə cavab verməməsidi. Bir müddətdi “Karabükspor”la bağlı araşdırma aparan UEFA yekunda bu klubun 2 il beynəlxalq arenadan kənarlaşdırılmasını qərara alıb. “Karabükspor” 2016-17 və 2017-18 mövsümlərində avrokuboklara vəsiqə əldə edə bilsə, orda iştirak edə bilməyəcək.

Klub rəhbərliyinin İdman Arbitraj Məhkəməsinə müraciət etməsi üçün 10 gün vaxtı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR