Bakının mərkəzi yollarının birində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb

Bakının mərkəzi yollarının birində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb
# 17 fevral 2017 14:49 (UTC +04:00)

Hazırda Abbasqulu Ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsində (Türkiyə səfirliyi istiqamətində) “Azərsu” ASC tərəfindən aparılan təmir işləri ilə əlaqədar olaraq yolun 2 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətini rəhbəri Mais Ağayev məlumat verib.

Aparılan təmir işləri nəticəsində yarana biləcək nəqliyyat sıxlığını nəzərə alaraq, sürücülərin alternativ olaraq Həsən Əliyev küçəsi və ya Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR