Türkiyədə PKK-çıların hücumu nəticəsində 1 əsgər və 1 polis əməkdaşı yaralanıb.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, Mardin vilayətinin Nüsaybin rayonunda güc strukturları və terrorçular arasında atışma olub.
İnsidentin digər təfərrüatları barədə hələlik məlumat verilmir.