Gəncə sakini ağır xəsarət alıb

Gəncə sakini ağır xəsarət alıb
# 17 fevral 2017 19:43 (UTC +04:00)

Gəncə şəhər sakini ağır xəsarət alıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Mahrasa Bağı adlanan yaşayış massivində yaşayan 1984-cü il təvəllüdlü Hüseynov Sərxan Aqil oğlu döş qəfəsinin sol tərəfinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınları S. Hüseynovun yıxılaraq döş qəfəsinə şüşə batdığını desələr də, onun bıçaqlandığı bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR