Azərbaycanın dini icmaları Xocalı soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət edəcək

Azərbaycanın dini icmaları Xocalı soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət edəcək
# 18 fevral 2017 08:55 (UTC +04:00)


”Xocalı faciəsindən 25 il ötür. Mən qətlə yetirilən o uşaqları, qocaları, qadınları gözlərimlə görmüşəm”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. O bildirib ki, fevralın 21-də bununla bağlı QMİ-də böyük konfrans keçiriləcək: "Konfransda dini icmaların rəhbərləri kimi bizim dünya dövlətlərinin parlamentlərinə müraciətimiz olacaq. Fotoşəkillərə, sənədlərə baxanda sizin Xocalı soyqırımı barədə təəssüratınız formalaşacaq. Fevralın 21-də keçiriləcək konfransda sizi də iştirak etməyə dəvət edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR