QMİ-də Beynəlxalq Multikulturalizm Qış Məktəbinin müdavimləri ilə görüş keçirilib

QMİ-də Beynəlxalq Multikulturalizm Qış Məktəbinin müdavimləri ilə görüş keçirilib
# 18 fevral 2017 09:01 (UTC +04:00)

Bu gün Qafqaz Müsəlmanları İdarəsində Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüş keçirilib.

APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın multikulturalizm və dini dözümlülüyün bir nümunəsi olduğunu deyib.

Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev bildirib ki, Azərbaycanda keçən il "Multikulturalizm İli", bu il "İslam Həmrəyliyi İli" elan edilib: "Bu, o deməkdir ki, Azərbaycan dünyaya multikulturalizm, həmrəyliyin, tolerantlığın nümunəsini təqdim edib. Multikulturalizm, dini dözümlülük, həmrəylik Azərbaycanın həyat tərzidir".

M. Yevdayev deyib ki, Azərbaycan nümunəsi xalqlar arasında həmrəyliyi, dini dözümlülüyü təbliğ edir.

Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete Azərbaycanda multikulturalizm və dini dözümlülüyün yüksək səviyyədə olduğunu söyləyib.

Alban-Udi Xristian icmasının sədri Robert Mobili də Azərbaycanda müxtəlif dini icmaların mehriban şəraitdə yaşadıqlarını vurğulayıb.

Daha sonra müdavimləri maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR