“Qəbələ”nin baş məşqçisi: “Komandam ən yaxşı sözlərə layiqdi”

“Qəbələ”nin baş məşqçisi: “Komandam ən yaxşı sözlərə layiqdi”
# 19 fevral 2017 16:49 (UTC +04:00)

“Gözlədiyim hər şey baş verdi. Meydanda ciddi, keyfiyyətli, yüksək səviyəli oyun gedirdi”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Azərbaycan Premyer Liqasının XIX turunda doğma meydanda “Qarabağ”ı qəbul edən meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.

Qriqorçuk bildirib ki, hər iki komanda əla çıxış edib: “Bu cür oyunda qələbə qazanmaqdan çox razıyam. Görüşün əvvəllərində təzyiqdən yaranmış bəzi səhvlərimiz var idi, ancaq sonradan hər şey düzəldi. Bu da psixoloji amillərlə bağlıdır. Ancaq tədricən komanda öz oyunun tapdı. Komandam ən yaxşı sözlərə layiqdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR