Azərbaycan çempionunun “Fənərbaxça” ilə oyunu rusiyalı hakimə tapşırılıb

Azərbaycan çempionunun “Fənərbaxça” ilə oyunu rusiyalı hakimə tapşırılıb
# 20 fevral 2017 13:09 (UTC +04:00)

Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan “Azərreyl”in V turdakı oyununa təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, fevralın 23-də keçiriləcək Türkiyə “Fənərbaxça”sı ilə qarşılaşma beynəlmiləl briqadaya həvalə edilib.

Matçın 1-ci hakimi Rusiya təmsilçisi Aleksandr Pavlov olacaq. Ona yunanıstanlı Epaminondas Qerothoduros kömək edəcək.

Qeyd edək ki, Azərbaycan çempionunun “Azərreyl” Voleybol Mərkəzindəki görüşü saat 18:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR