Azərbaycanla Serbiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanla Serbiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
# 20 fevral 2017 14:24 (UTC +04:00)

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov fevralın 20-də Serbiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan-Serbiya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi vurğulanıb.

Ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu qeyd edən səfir Serbiyanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Görüşdə Azərbaycanla Serbiya arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR