Azərbaycan hərbçiləri Gürcüstanda dağ hazırlıq təlim kurslarına qatılıb

Azərbaycan hərbçiləri Gürcüstanda dağ hazırlıq təlim kurslarına qatılıb
# 20 fevral 2017 23:23 (UTC +04:00)

Azərbaycan hərbçiləri Gürcüstanda NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində dağ hazırlıq təlim kurslarına qatılıblar.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, təlim kurslarında 7 ölkə iştirak edir.

Proqrama qatılan ölkələrdən təlimlərdə 21 nəfər hərbçi iştirak edir. Kursların işlənib hazırlanması ilə Fransa Dağ Təlimi Mərkəzi məşğul olub.

Hazırda əsgərlər Bakuriani dağ-xizək kurortunda təşkil olunan dağ təlim kursunda iştirak edirlər.

Qeyd edək ki, dağ təlim kursları 3 həftə davam edəcək və martın 10-da sona çatacaq. Testlərdən uğurla keçən hərbçilər sertifikatlar və döş nişanları ilə təltif olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR