Şəmkirdə dəyirman kompleksi tikiləcək

Şəmkirdə dəyirman kompleksi tikiləcək
# 21 fevral 2017 06:38 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şəmkir rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

SKMF-dan “APA-Economics”ə verilən məlumata görə, fondu fevralın 16-da Şəmkir rayonunda işgüzar forum keçirib. Sahibkarlardan aqroparkın, kartof və soğan saxlama anbarının, quru meyvə istehsalı və dəyirman kompleksinin, həmçinin istixana, üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR