Qapıçı “Arsenal”la oyunda hamburger yeyib

Qapıçı “Arsenal”la oyunda hamburger yeyib
# 21 fevral 2017 08:06 (UTC +04:00)

İngiltərə Federasiya Kubokunun 1/8 final mərhələsində keçirilən “Satton Yunayted” – “Arsenal” oyununda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, qonaqların 2:0 hesabı ilə qələbə qazandığı görüşdə ev sahiblərinin qapıçısının hərəkəti nəticəni kölgədə qoyub.

Belə ki, “Satton Yunayted”in ehtiyat qapıçısı Ueyn Şou qarşılaşmanın gedişində qarnını doydurmaqla məşğul olub. Kök olduğundan, tez-tez yemək yeyən 44 yaşlı qolkiper oyunun gedişində ehtiyat oyunçular skamyasında hamburger yeməklə diqqət çəkib. Amma onun bu hərəkəti ənənəvi hal aldığından, komandanın məşqçilər korpusu hansısa etiraz bildirməyib.

Qeyd edək ki, 1/4 finala vəsiqə qazanan “Arsenal” növbəti mərhələdə “Linkoln Siti” ilə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR