Liviyada dəniz sahilində 74 miqrantın cəsədi aşkarlanıb

Liviyada dəniz sahilində 74 miqrantın cəsədi aşkarlanıb
# 22 fevral 2017 00:51 (UTC +04:00)

Liviyanın Əz-Zaviyə şəhərində, dəniz sahilində 74 miqrantın cəsədi aşkarlanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Liviya Qızıl Aypara Cəmiyyətindən bildirilib.

“Meyitlər hələ də dənizdə qalmaqdadır, qeyri-sabit hava və qayıqların olmaması səbəbindən komandamız onları sahilə çıxara bilmir. Sahil boyu 74 cəsəd aşkarlanıb, qalanlarının da sahilə çıxacağı gözlənilir”, - deyə cəmiyyətin nümayəndəsi Taha Sultan bildirib.

Faciənin hansı şəraitdə baş verdiyi məluma deyil. Sahildə deşilmiş rezin qayığın da tapıldığı bildirilir. Qəza baş verən an qayıqda 150 nəfərin olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR