Mərakeşdə yaşayış evi uçub, ölən və xəsarət alanlar var

Mərakeşdə yaşayış evi uçub, ölən və xəsarət alanlar var
# 22 fevral 2017 20:19 (UTC +04:00)

Mərakeşin eyni adlı şəhərində yaşayış evi qismən uçub.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 4-ü xəsarət alıb.

Məlumata əsasən, bir ailənin üzvləri olan qadın hadisə yerində, daha iki uşaq isə xəstəxanada ölüb.

Xəsarət alanların vəziyyəti və insidentin səbəbləri barədə məlumat verilmir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR