Ermənistanla diplomatik əlaqələr qurmayan dörd ölkədən biri - TƏHLİL

Ermənistanla diplomatik əlaqələr qurmayan dörd ölkədən biri  - <span style="color: red;">TƏHLİL
# 23 fevral 2017 06:50 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri də suveren dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və müxtəlif qitələrdə yeni tərəfdaşların tapılmasıdır. Məhz ölkə başçısı tərəfindən Azərbaycanın dünya ölkələri ilə ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi xarici siyasətimiz qarşısında prioritet vəzifə kimi qoyulub. Bu, həmçinin dünya çapında Azərbaycanın haqq səsinin eşidilməsi, beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə dair keçirilən səsvermələrdə çoxluğun dəstəyinin əldə edilməsi baxımından da əhəmiyyətlidir. Azərbaycanın 2012-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi aparılan məqsədyönlü və düzgün xarici siyasətin, eləcə də ölkəmizin dünya ölkələri ilə uğurlu ikitərəfli əlaqələrə malik olmasının nəticəsidir. Eyni zamanda Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkənin iqtisadi potensialının xaricdə təşviq olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, tərəfdaş ölkələrə Azərbaycan sərmayələrinin yatırılmasının təşviqi, Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin səfərlərinin təşkili, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin yeni bazarlara çıxarılması hazırda iqtisadi siyasətimizin əsasını təşkil edir. Bu xüsusda İslam dünyası və Afrika qitəsi ölkələri ilə əlaqələrimiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir.

Əgər ölkəmizdə sorğu keçirib, “o hansı dövlətdir ki, Ermənistanla diplomatik əlaqələr yaratmaqdan imtina edib” sualını versək, çox böyük ehtimalla əksər respondentlər yalnız Türkiyə, Pakistan İslam Respublikasının və Səudiyyə Ərəbistanının adını çəkər. Lakin cəmiyyətimizdə çox az saylı adama uzaq Afrika qitəsinin şərqində yerləşən Cibuti Respublikasının belə dövlətlərdən olduğunu bilir. Ədən körfəzi və Qırmızı dənizin sahili, Eritreya və Somalinin arasında yerləşən bu kiçik müsəlman respublikası hər zaman beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daima, tam şəkildə dəstəkləyib və dəstəkləyir.

Əgər ölkəmizdə sorğu keçirib, “o hansı dövlətdir ki, Ermənistanla diplomatik əlaqələr yaratmaqdan imtina edib” sualını versək, çox böyük ehtimalla əksər respondentlər yalnız Türkiyə, Pakistan İslam Respublikasının və Səudiyyə Ərəbistanının adını çəkər. Lakin cəmiyyətimizdə çox az saylı adama uzaq Afrika qitəsinin şərqində yerləşən Cibuti Respublikasının belə dövlətlərdən olduğunu bilir. Ədən körfəzi və Qırmızı dənizin sahili, Eritreya və Somalinin arasında yerləşən bu kiçik müsəlman respublikası hər zaman beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daima, tam şəkildə dəstəkləyib və dəstəkləyir.

Belə ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında 822 nömrəli qətnamə qəbul edilərkən Cibuti Respublikasının BMT yanında Daimi nümayəndəsi səfir Olhaye Azərbaycana dəstək ifadə edərək, “mənim nümayəndə heyətim qətnamənin lehinə səs verərək ümid edir ki, yaxın gələcəkdə biz hər şeyi öz adı ilə adlandıra biləcəyik. Münaqişənin yerli və guya yalnız yerli erməni qüvvələri (“local armenian forces”) tərəfindən aparılması kimi (münaqişə tərəfi kimi) qəbul etmək məcburiyyətində qalmağımız bizi narahat edir. Lakin, biz hamımız həqiqəti yaxşı bilirik və həqiqət ondan ibarətdir ki, bu münaqişə Ermənistan və Azərbaycan arasındadır. Fikrimizcə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində uzadılmış danışıqlardan nəticə gözləyərək, Ermənistanın ən azından pislənməsi üçün tərəfimizdən (Təhlükəsizlik Şurası nəzərdə tutulur) hər hansı bir addımın atılmasını təxirə salmaqda davam etməyimiz nikbin olmağımızı qeyri-mümkün edir. Ermənistanın beynəlxalq ictimaiyyətin bilik və inancına zidd olaraq, bu münaqişənin guya Dağlıq Qarabağ və Azərbaycan arasında getdiyinə təkid etməsi ilə bağlı narahatlığımızı gizlədə bilmirik. Bununla bağlı biz Ermənistan və Azərbaycanın atəşkəsi qəbul etməsini və Ermənistanın son təcavüzü zamanı işğal etdiyi bütün Azərbaycan torpaqlarından çıxmasını tələb edirik. Fikrimizcə, Təhlükəsizlik Şurası böyük humanitar böhranın yaranmasına səbəb olan, sülh və təhlükəsizliyi təhdid edən bu cür ağır təcavüz aktı qarşısında uzun müddət kənarda qala bilməz. Nə qədər tez reallığa uyğun şəkildə hərəkat etsək, o qədər də yaxşı olar” söyləyib. Həmin dövrdə nüfuzlu BMT tribunasından istifadə edərək Ermənistan Respublikası tərəfindən təcavüzə məruz qalan, humanitar fəlakətlə üzləşən, habelə informasiya blokadasından əziyyət çəkən Azərbaycanı müdafiə etmək və BMT TŞ-nin məlum dörd qətnaməsinin qəbulunda fəal rol oynayan Cibutinin dost və ədalətli mövqe sərgiləməsi hər zaman dövlətimiz tərəfimizdən yüksək qiymətləndirilir. Cibuti 2008-ci ilin 29 oktyabr tarixində BMT Baş Assambleyasının plenar iclasında Baş Assambleyanın gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bəndin daxil edilməsi ilə bağlı səsvermədə də ədalətli mövqe nümayiş etdirib.

2016-cı il aprelin 10-15-də İstanbul şəhərində keçirilmiş İslam Sammiti Konfransının 13-cü sessiyasının Yekun Kommunikesində Ermənistanın ölkəmizə qarşı təcavüzü, habelə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İƏT Kontakt Qrupunun yaradılması haqqında təfərrüatlı bəndlər yer aldı. 2016-cı ilin sentyabrında BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Kontakt Qrupunun İƏT baş katibinin sədrliyi ilə ilk iclası keçirildi. Sözügedən qrupun tərkibinə Türkiyə, Mərakeş, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya və Qambiya ilə yanaşı Cibuti də daxildir.

Eyni zamanda cari ilin yanvar ayında Cibuti Respublikasının Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edərək, Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş qətliam soyqırım aktı və insanlıq əleyhinə cinayət kimi tanınıb, günahkarların müvafiq beynəlxalq alətlərə uyğun olaraq cəzalandırılmalı olduğu bəyan edib.

Söhbət açdığımız bu ölkənin əlverişli coğrafi-strateji mövqeyi ölkəmizin Afrika qitəsində iqtisadi fəallığı üçün əlavə imkanlar açır. Belə ki, Qırmızı dənizin Bab Əl-Məndəb boğazı və Afrika buynuzu sahilində yerləşməsi Cibutini çox vacib strateji coğrafi məkana çevirib və Şərqi Afrika regionunda yerləşən ölkələrin idxal və ixrac əməliyyatları Cibuti portu vasitəsilə aparılır. Afrikanın Səhra altı (48 ölkə) ölkələrində ABŞ-ın yeganə hərbi bazası və Avropanın Vahid komandanlığının Cibutidə yerləşməsi yuxarıda yazdıqlarımıza bir daha sübutdur.

Bu vacib məqamı nəzərə alaraq Azərbaycanla Cibuti arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Cibuti portu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu və Azərbaycan Hava Yolları ilə Cibuti Hava Yolları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Son dövrlər iki ölkə arasında təmaslar daha da intensivləşib. Azərbaycanın Efiopiyadakı səfirinin eyni zamanda Cibuti Respublikasında akkreditə olunması faktı ikitərəfli münasibətlərə töhfə verməkdədir. 2016-cı ilin sentyabr ayında Cibutinin müdafiə naziri Əli Həsən Bahdonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Yaxın günlərdə isə Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusifin Azərbaycana səfəri nəzərdə tutulub. Əminik ki, həyata keçirilən yüksək səviyyəli səfərlər və iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi Azərbaycanla Cibuti ikitərəfli münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması üçün baza rolunu oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR